Biznesdə müştərilərin bir hissəsi ödənişi hissə-hissə edir. Bir müştəri yarısını ödəyib, digəri hələ heç nə ödəməyib, üçüncüsü isə “gələn həftə” deyib. Bu məlumatlar dəftərdə və ya yaddaşda qalanda alınacaq pulun bir hissəsi unudula bilər. Bəzən isə müştəri ilə “nə qədər qalıb?” sualı üzərində anlaşılmazlıq yaranır.
E-sayar-da tam ödənilməmiş satışlar üzrə qalan məbləği izləmək olur. Satış qeyd olunur, ödənişlər daxil edildikcə isə qalan məbləğ görünür. Beləliklə, hansı müştərinin hələ nə qədər ödəməli olduğunu ayrıca hesablamağa ehtiyac qalmır.
Sadə nümunə: siz müştəriyə 1 000 AZN-lik mal satmısınız. Müştəri 600 AZN ödəyib. Sistemdə bu satış üzrə qalan məbləğ 400 AZN kimi görünür. Müştəri növbəti ödənişi edib, siz onu qeyd edəndə qalan məbləğ də azalır. Müştəri soruşanda ona qalan məbləği dəqiq deyirsiniz.
Müştərilərinizdən alınacaq məbləğləri bir yerdə görmək istəyirsinizsə, E-sayar-da bu funksiyaya baxa bilərsiniz.



